Boş qalan vəzifələrə yaxın günlərdə təyinat olacaq

Təbii ki, hazırda rəhbər yeri boş olan qurumlara yaxın zamanda təyinatlar nəzərdə tutulub.

Globalinfo.az xəbər verir ki, bunu APA-nın hazırda rəhbər yeri boş olan mədəni müəsissələrə təyinatla bağlı sualına cavab olaraq, mədəniyyət naziri Adil Kərimli deyib.

“Hazırda mədəni müəssisələrdə düşünülmüş və sistemli fəaliyyət mövcuddur. Və yaxın günlərdə – hansılarda ki rəhbər yerlər boşdur – onlara təyinatlar nəzərdə tutulub”, – nazir əlavə edib.