Bəzi partiyalara xaricdən “əməkdaşlıq” təklif olunub – Onlardan istəyiblər ki…

“44 günlük müharibədən sonrakı müddətdə bizə qarşı həm ölkənin daxilində və həm də xaricdə təzyiqlər var idi. Onlar əsasən antimilli qüvvələr idi. Bu adamlar müstəqil deyillər, bir qismi Amerikanın ağzı ilə danışır, bir qismi Fransanın və Avropanın, müəyyən dairələrinin maraqlarına xidmət edirlər. İranpərəst qüvvələr var idi ki, eynilə İranın ağzından danışırdılar. Avropanın müəyyən dairələri var ki, bu ünsürlər,  daxildəki antimilli qüvvələr də onlara xidmət edir”.

Globalinfo.az bildirir ki, bu sözləri Sitat.info-ya açıqlamasında BAP sədri Elşad Musayev deyib.

Elşad Musayev

O bildirib ki, xaricdən Ermənistan-Azərbaycan məsələsində loyal mövqe tutması üçün bəzi partiyalara əməkdaşlıq təklif olunub:

“Bizim siyasi partiyalarda olan dostlarımız deyirlər ki, Avropa Xalq Partiyası ilə bizim münasibətlərimiz var. Orada bizə “əməkdaşlıq” təklif etdilər. Yəni, bunlara müəyyən qədər dəstək versinlər, qarşılığında bunlar Ermənistan – Azərbaycan məsələsində loyal mövqe tutsunlar. Təbii ki, razılaşmayıblar. O, zaman kənarlaşdırılıblar. Daha sonra növbəti tədbirlərdə “liboş” qiyafəsi geymiş, bu antimilli qüvvələri dəvət ediblər. Açığı onlar ad çəkmədilər, mən bu insanların kim olduqlarını bilsəm, adlarını çəkərəm”.