owl detail 620 9cad249f5417c2e708aade5c825a0508

Rusiya ilə dost olmayan dövlətlər yoxdur, lakin bəzi ölkələrdə dost olmayan elitalar mövcuddur.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiyanın nüvə sənayesi müəssisələrinin işçiləri ilə görüş zamanı deyib.

“Bizim qeyri-dost ölkələrimiz yoxdur, bəzi ölkələrdə dost olmayan elitalarımız var”.

Qeyd edək ki, iyul ayında Kreml qeyri-dost ölkələrin siyahısına yenidən baxıla biləcəyini açıqlamışdı. Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, bir ölkə Rusiya Federasiyasına qarşı qeyri-dost hərəkətlər etdiyi müddətcə, Rusiya üçün dost hesab edilmir.

Tahir Turan
Globalinfo.az

Paylaş: