Azərbaycanda mövcud olan 1605 bələdiyyənin sayı idarəetmənin səmərəliliyi və büdcə vəsaitlərinin daha rasional xərclənməsi baxımından əhəmiyyətli amil kimi dəyərləndirilir.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisdə bələdiyyələrin illik fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, ölkədə hər min nəfərə düşən bələdiyyələrin sayı kifayət qədər çoxdur və bu hal idarəetmə prosesində səmərəliliyin azalmasına səbəb ola bilər
Deputatın sözlərinə görə, bələdiyyələrin sayının mərhələli şəkildə azaldılması və strukturun daha optimal formada qurulması xərclərin azalmasına, eləcə də fəaliyyətin daha hədəfli və nəticəyönümlü təşkilinə şərait yaradar:
“Bununla yanaşı, müasir texnologiyaların geniş tətbiqi və bələdiyyə sisteminin addım-addım rəqəmsallaşdırılması idarəetmədə şəffaflıq və operativliyin artırılması baxımından mühüm rol oynayır”.
Safura Bənnayeva
Globalinfo.az