Mütəxəssislər bildirirlər ki, yeniyetmənin ölümünə səbəb baş və beyində yaranan iltihabdır.
“Kəskin disseminəedici ensefalomiyelit baş və onurğa beyin iltihabı xəstəliyidir. İmmun sisteminə olan təsir nəticəsində beyində olan iltihab və buna bağlı zədə formalaşır. Hər hansı bakterial yoluxma və virus nəticəsində yarana bilər. Əsasən qış və yaz aylarında təsadüf olunur. İnfeksiyadan 2 həftə sonra nevroloji əlamətlər görünür. Temperaturun qalxması, yerişin pozulması, keyimələr, görmə pozuntusu, ikili görmə kimi əlamətlərə çox rast gəlinir”, − deyə nevroloq Elşən Qarayev bildirib.
Mütəxəssislərin sözlərinə görə, müalicəyə vaxtında başlanılsa, müsbət nəticə əldə etmək mümkündür. Diqqət etməli olduğumuz ən həssas məqam düzgün diaqnozun təyin edilməsidir.
Ətraflı Baku TV-nin süjetində:
***00:47
Beyninə virus düşməsi nəticəsində həyatını itirən məktəbli ilə bağlı bəzi detallar məlum olub.
Globalinfo.az İTV-yə istinadla xəbər verir ki, yaxınlarının sözlərinə görə, Gülnarənin ən böyük arzusu vəkil olmaq imiş. Bu məqsədə çatmaq üçün böyük əzmlə çalışır, fənn olimpiadalarında yüksək nəticələr göstərirmiş.
O, 2023-2024-cü tədris ili üzrə keçirilən buraxılış imtahanlarında yüksək bal toplayaraq fərqlənmə attestatına layiq görülüb.
Ətraflı süjetdə:
*** 06.05.2025 10:53
Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanalardan birində vəfat edib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təxminən 1 ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları bildirib ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.
Qeyd edək ki, vəfat edən məktəbli təhsil aldığı məktəbin və rayonun tədbirlərində aktiv iştirak edirmiş.


