Beyninə qan sızan qapıçının son durumu açıqlanıb

İyunun 7-də reanimasiyaya yerləşdirilən Niderland millisi və “Ayaks”ın sabiq qapıçısı Edvin van der Sarın son durumu açıqlanıb.

Globalinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçının vəziyyəti sabit qiymətləndirilib. Hələ də müəyyən narahatlığın olduğu bildirilib.

Qeyd edək ki, Edvin van der Sar beyninə qan sızdığı üçün xəstəxanaya yerləşdirilib.