Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov zarafatı ilə diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, o, jurnalist Pavel Zarubinə müsahibəsində “beynini söndürmək” qabiliyyətinə sahib olduğunu deyib.
Uşakov Zarubinin “siz beyninizi söndürə bilməzsiniz” sözlərinə maraqlı cavab verib.
“Niyə edə bilməyim? Bunu bacarıram. Beyin onsuz da heç vaxt işləmir, onu qoşmağa da ehtiyac yoxdur”, — deyə Putinin köməkçisi zarafatlaşıb.
Bu söhbət Qazaxıstanda keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti zamanı baş tutub.
Əliyar Xəlil
Globalinfo.az