Beyni öldürən gündəlik vərdişlər

Bəzi gündəlik vərdişlər var ki, onlar sağlamlığımız üçün təhlükəlidir. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bununla bağlı olaraq nevroloq Natalya Taranenko bədənin beyin fəaliyyətinə hansı amillərin təsir etdiyini açıqlayıb.

Onun sözlərinə görə, söhbət bir çox insanın gündəlik vərdişlərindən gedir. İlk növbədə, insanın diqqətini cəmləmək, məlumatları yadda saxlamaq və qərar qəbul etmək qabiliyyətinə mənfi təsir göstərən yuxu çatışmazlığını qeyd edib.

Öz növbəsində oturaq həyat tərzi beynin neyrooplastikliyini azaldır. Bu da yaddaş problemlərinə və əqli qabiliyyətlərin pisləşməsinə səbəb olur.

Bundan əlavə, çoxlu miqdarda sadə karbohidratlar, doymuş yağlar və Omeqa-3 olmayan zəif qidalanma da beyin üçün zərərlidir. Nevroloq daimi stresin fəsadlarından da danışıb. O bildirib ki, stres beyin yorğunluğuna səbəb olur və nəticədə onun effektivliyini azaldır.