Beynəlxalq təşkilatdan Bakının müraciətinə reaksiya – FOTO

“Vəhşi Heyvanlar Təşəbbüsü” (“Wild Animal Initiative”) təşkilatı Azərbaycanın “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar bu təşkilata müraciətinə reaksiya verib.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, təşkilatın kommunikasiya direktoru Ket Kerr (Cat Kerr) BMM-ə cavab məktubunda bildirib ki, minalardan zərər görən heyvanlara yardım niyyəti təqdirəlayiqdir.

“Bu həll edilməsi vacib məsələ kimi görünür”, – deyə o əlavə edib.

Xatırladaq ki, ötən günlərdə “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə dünya təşkilatlarına müraciət edib.

wild-animal-initiative-azerbaycanin-muracietine-reaksiya-verdi