f 21

Qarabağa təşkil edilən səfər çərçivəsində Beynəlxalq səyahətçilərin Laçına səfəri başlayıb.

Globalinfo.az bildirir ki, Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qonaqları Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qarşılayıb.

Səyahətçilər ilk olaraq şəhər mərkəzində olub. Daha sonra “Gilabi-geramik”, “Yurd Qaleriya” və “Serangah” kompleksində olacaqlar.

X X X

Beynəlxalq səyahətçilər Xankəndi şəhəri çərçivəsində Qarabağ Universitetində olub.

Globalinfo.az bildirir ki, səyahətçilərə universitet haqqında məlumatlar verilib. Daha sonra səyahətçilər universitetin kitabxanasında, sinif otaqlarında olub oradakı şəraitlə yaxından tanış olublar.

X X X

Qarabağa səfər edən Beynəlxalq səyahətçilər Xankəndi şəhərinə səfər ediblər.

Globalinfo.az bildirir ki, səyahətçilər ilk olaraq Xankəndi şəhərində Mərkəzi meydanda olublar.

Onlar daha sonra Xankəndi şəhərində Qarabağ Universitetinə baş çəkəcəklər.

X X X

Ağdama səfər edən Beynəlxalq səyahətçilər Çörək muzeyinə baş çəkiblər.

Globalinfo.az bildirir ki, səyahətçilərə ermənilərin dağıtdığı Çörək muzeyi və yaşayış evləri haqqında məlumat verilib.

Həmçinin onlar torpaqların işğaldan azad olunmasından sonra görülən quruculuq işləri ilə bağlı məlumatlandırılıblar.

X X X

Beynəlxalq səyahətçilər Qarabağa səfər çərçivəsində Ağdama gəliblər.

Globalinfo.az bildirir ki, 8 ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) Beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunur.

Səyahətçilər ilk olaraq Ağdam şəhərində Cümə məscidinə baş çəkiblər. Məscidin imamı onlara bu tarixi memarlıq binası haqqında məlumat verib.

***08:50

Bu gün ETIC (“Extreme Traveler International Congress”) klubuna üzv beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.

Globalinfo.az bildirir ki, qrupa 8 ölkədən: ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyahətçilər daxildir.

Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır. Səfərdə məqsəd işğaldan azad edilmiş ərazilərin populyarlaşdırılması, aparılan genişmiqyaslı tikinti və bərpa işlərinin gedişi ilə tanış olmaqdır.

Qısa müddət ərzində viran qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərində altı şəhər, iki qəsəbə, 20 kənd salınıb. Hazırda 60 minə yaxın insan öz evlərinə qayıdıb.

Azərbaycanın postmünaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir. Odur ki, 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.

Image 1 of 23Image 2 of 23Image 3 of 23Image 4 of 23Image 5 of 23Image 6 of 23Image 7 of 23Image 8 of 23Image 9 of 23Image 10 of 23

Paylaş: