Beynəlxalq səyyahlar Qarabağda oldu – YENİLƏNİB

 

26 ölkəni təmsil edən 50 səyyahın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üç günlük səfəri başa çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, səfər zamanı qonaqlar ermənilərin Füzuli, Ağdam, Şuşa, Cəbrayıl, Laçın, Kəlbəcər və işğaldan azad edilmiş digər ərazilərdə törətdiyi vandalizmin bütün sübutlarını öz gözləri ilə görüblər.

Səfərin ilk günü qonaqlar Füzuliyə, daha sonra Şuşa şəhərinə səfər ediblər. Burada səyyahlar şəhər qalasına, eləcə də şəhər işğaldan azad edildikdən sonra tikilmiş icra hakimiyyətinin binasına baş çəkib, Cıdır düzü boyunca gəzintiyə çıxıblar.

Üçüncü səfər istiqaməti “Qafqazın Hirosiması” kimi tanınan Ağdam şəhəri olub. Ağdamda turistlər işğal illərində Ermənistanın törətdiyi dağıntılarla tanış olub, Şəhidlər xiyabanını ziyarət ediblər. Bundan başqa, Ağdam Dövlət Dram Teatrında olublar. Onlara Ermənistanın işğalından əvvəlki dövrdə çəkilmiş kadrlar nümayiş etdirilib.

Qeyd edək ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Xatırladaq ki, noyabrın 4-6-da beynəlxalq nümayəndə heyəti Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində olublar.

Səfərin sonuncu günü səyyahlar Cəbrayılda Azərbaycanın qədim memarlıq abidəsi – Xudafərin körpüsü ilə tanış olub, həmçinin Ermənistanın işğalı dövründə Füzulidə yerləşdirdiyi minalardan birinin zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

***12:19

Beynəlxalq səyyahların Füzuli rayonuna səfəri davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, beynəlxalq səyyahlar Füzulinin Horadiz kəndində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - FOTO - YENİLƏNİB Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - FOTO - YENİLƏNİB Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - FOTO - YENİLƏNİB

***11:41

Beynəlxalq səyyahlar Cəbrayıldan sonra Füzuli rayonuna səfər ediblər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, səyyahlar Horadiz kəndində ANAMA-nın minatəmizləmə əməliyyatları ilə tanış olublar.

Onlara məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə ermənilər bu əraziləri minalarla çirkləndirib.

Beynəlxalq səyyahlar Füzuli rayonuna səfər ediblər - FOTO Beynəlxalq səyyahlar Füzuli rayonuna səfər ediblər - FOTO Beynəlxalq səyyahlar Füzuli rayonuna səfər ediblər - FOTO

***09:52

Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onlar əraziyə baxış keçirib, yerində vəziyyətlə tanış olublar.

Beynəlxalq səyyahlar orada işğal müddətində Ermənistan ordusunun törətdiyi dağıntıların şahidi olublar.

Qeyd edək ki, noyabrın 4-dən dünya şöhrətli 4 əsas səyahətçilər şəbəkəsindən biri olan NomadMania klubunun 26 ölkəni (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya və s.) təmsil edən 50 nəfərə yaxın geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Harry Mitsidis başçılıq edir.

Xatırladaq ki, beynəlxalq səyyahlar noyabrın 4-də Şuşa və Ağdama səfər ediblər.