Beyləqanda ər-arvad dəm qazından boğulub. Hadisə zamanı 1966-cı il təvəllüdlü Bakir Məmmədov vəfat edib, həyat yoldaşı Şəlalə Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Globalinfo.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Bakir Məmmədov Bünyadlı kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışırmış.
Cütlüyün 2 qızı və 1 oğlu var. Övladları hadisə zamanı evdə olmayıblar.
Məlumata görə, ər-arvadla ötən gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Qonşular evə daxil olan zaman Bakir Məmmədovun həyatını itirdiyini, yoldaşının vəziyyətinin isə ağır olduğunu görüblər.
1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
***10:41
Beyləqanda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Bünyadlı kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Məmmədov Bakir Heydər oğlu dəm qazından zəhərlənərək ölüb, arvadı 1974-cü il təvəllüdlü Məmmədova Şəlalə Firidun qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.