Beyləqanda 35 yaşlı qadın doğuşdan sonra öldü

Beyləqanda doğuşdan sonra ana ölümü baş verib.

Globalinfo.az APA-ya istinadən  xəbər verir ki, rayonun Bünyadlı kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Məhsəti Yusif qızı Beyləqan rayon Mərkəzi xəstəxanasının Doğum şöbəsinə müraciət edib. Oğlan uşağı dünyaya gətirən ananın doğuşdan sonra vəziyyəti ağırlaşıb. 35 yaşlı qadın həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.