Bəxtiyar Hacıyevlə bağlı yeni ŞOK məlumat yayıldı – FOTO

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı yeni məlumat yayılıb. Məlumata görə, o, Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Meydan TV” kanalının təsisçilərindən biri, sosial media meneceri Həbib Müntəzir feysbuk hesabında paylaşım edib.

Paylaşımda Bəxtiyar Hacıyevin Prezidentə müraciətində həbsdən azad olunmasına kömək etməsini xahiş etdiyi bildirilir. Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

09 dekabr 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2 və 289.1-ci maddələri ilə ittiham olunaraq həbs edilmişəm və bu günə qədər həbsdə saxlanılıram. 

Həbsdən azad olunmağım üçün kömək etməyinizi xahiş edirəm.

Hacıyev Bəxtiyar İlyas oğlu,

10.03.2023-cü il”.

Qeyd edək ki, B.Hacıyev həbs edildikdən sonra 1 ay müddətində aclıq aksiyası etsə də, fevralın 28-də bunu dayandırıb.

 

Ayşən Mustafa
Globalinfo.az