“Beşiktaş”dan bir əfsanə getdi, digəri gəldi

Burak Yılmazın istefasından sonra “Beşiktaş”ın baş məşqçiliyi postuna Rıza Çalımbay gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Onun hələ ki dekabrın 3-nə qədər komandaya rəhbərlik etməsi razılaşdırılıb.

Qeyd edək ki, futbolçu kimi uzun illər (1980-1996) “Beşiktaş”da çıxış etmiş və komandanın kapitanı olmuş 60 yaşlı məşqçi 2005-ci ildə İstanbul klubunu çalışdırıb.