“Beşiktaş” Bakıya gəldi – FOTO/VİDEO

Xeyriyyə oyununda “Sabah”ın qonağı olacaq Türkiyənin “Beşiktaş” klubu Bakıya gəlib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, mayın 13-də keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.