“Türkiyə Cənubi Qafqazda sülhün təmin olunması prosesində vacib vasitəçidir”.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi X platformasındakı paylaşımında qeyd olunur.
Rəsmi Berlin Türkiyənin xarici işlər naziri Hakan Fidanla almaniyalı həmkarı Annalena Berbokun görüşündən sonra edilən paylaşımda Ankaranın Cənubi Qafqazda tarixi sülhə töhfə verə biləcəyini qeyd edib.
Fidan və Berbokun Cənubi Qafqazda sülh müqaviləsinin imzalanması üçün konkret addımlar barədə müzakirə apardıqları vurğulanıb.
Qeyd edək ki, Türkiyə və Almaniya arasında görüş Nyu-Yorkda baş tutub.
Əliyar Xəlil
Globalinfo.az