Berlində 7 mindən çox insan Fələstin üçün küçələrə axışıb

Berlində Fələstin tərəfdarları nümayiş keçirib.

Globalinfo.az xəbər verir ki, nümayişdə 7 mindən çox insan iştirak edib.

Yerli polisin məlumatına görə, etirazçılar müstəmləkəçiliyə və irqçiliyə son qoymaq üçün birlikdə fəaliyyət göstərməyin vacibliyini vurğulayıblar.

Etirazçılar Fələstinə dəstək üçün “soyqırımı dayandırın”, “Almaniya maliyyələşdirir, İsrail bombalayır” kimi şüarlar səsləndiriblər. Aksiyada ciddi insident qeydə alınmayıb.

Asayişin qorunmasına 400-ə yaxın polis cəlb olunub.

Əliyar Xəlil
Globalinfo.az