558460106 10236048220162548 8767791742814281174 n

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova Azərbaycanın adından təqdim edilən mükafatın saxta olduğu ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Elşən Balaxanski məlumat yayıb.

Jurnalist Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində saxlanılan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun 3 il əvvəl Türkmənbaşına xüsusi mərasimlə orden təqdim etdiyini bildirib. Balaxanskinin sözlərinə görə, o zaman mərasimdə iştirak edənlərdən biri də keçmiş deputat Eldar Quliyev olub.

Lakin DİN-in əməliyyatı nəticəsində Eldar İsmayılovla birlikdə başqa QHT nümayəndələri də saxta orden və medal hazırlayıb satmaqda ittiham edilərək saxlanılıblar. Beləliklə, Bediməhəmmədova təqdim edilən “Dədə Qorqud” ordeninin də saxta olduğu fikri formalaşıb.

c9d8f87a b934 471c 97e3 304c72bf9ac7

Paylaş: