Bərdədə su kanalının bəndi bərpa edildi – FOTOLAR

Yuxarı-Qarabağ kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində (50-ci kilometrliyi) 8 metr uzunluğunda dağılan torpaq bənd artıq bərpa edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hazırda ərazidə texnikalar vasitəsi ilə sahil bərkitmə işləri davam etdirilir.

Bəndin yarılması nəticəsində rayonun Qaraqoyunlu kəndində 35 fərdi yaşayış evinin zirzəmisini və 10 hektar həyətyanı torpaq sahəsini, 60 hektar pambıq, 10 hektar lobya sahəsini, həmçinin kənd qəbiristanlığında yerləşən 50 qəbiri su basıb, 2 min ədəd ot bağlaması, 15 ton taxıl, “VAZ-2107” və “Mercedes” markalı iki minik avtomobili suyun altında qalıb.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, polis şöbəsinin, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və texnikalar cəlb olunaraq torpaq bənd tam bərpa edilmişdir. Torpaq bənd bərpa edildiyindən kənd sel sularından azad olub.

Hazırda kənd ərazisində sel sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Rayon İcra Hakimiyyəti başçısı yanında fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyan dəqiqləşdirilir.

Bərdədə su kanalının bəndi bərpa edilib, dəymiş zərər dəqiqləşdirilir - FOTO Bərdədə su kanalının bəndi bərpa edilib, dəymiş zərər dəqiqləşdirilir - FOTO Bərdədə su kanalının bəndi bərpa edilib, dəymiş zərər dəqiqləşdirilir - FOTO Bərdədə su kanalının bəndi bərpa edilib, dəymiş zərər dəqiqləşdirilir - FOTO Bərdədə su kanalının bəndi bərpa edilib, dəymiş zərər dəqiqləşdirilir - FOTO