Bərdədə qəza: ölən və yaralananlar var

67ba2260af04167ba2260af042174025174467ba2260af03f67ba2260af040

Bərdədə hərəkətdə olan “Lada” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində sürücü 22 yaşlı İsgəndərov Binnət Taleh oğlu həyatın itirib.

Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.