Bərdədə it azyaşlını xəstəxanalıq etdi

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib.

Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.