qeza 2

Bərdədə ağır yol qəzası baş verib, ölənlər var.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub.

Qəza zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü Ocaqverdiyev Elməddin hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

2 28 WhatsApp Image 2026 02 10 at 19.16.09 5

Paylaş: