Almaniyanın xarici işlər naziri Annalena Berbokun Ermənistana səfəri başlayıb.
Globalinfo.az xəbər verir ki, A.Berbokun Ermənistanın Xarici İşlər Nazirliyində nazir Ararat Mirzoyanla görüşü başlayıb.
***15:54
Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 19-da Ermənistana işgüzar səfərə gələcək.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Bədəlyan açıqlayıb.
Məlumata görə, əvvəlcə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Berbok arasında ikitərəfli müzakirə aparılacaq. Daha sonra geniştərkibli görüş keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az