
“Sosial şəbəkələrdə Olaf Şoltsdan qaçdığıma dair yayılan foto media tərəfindən yanlış şərh edilir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Almaniya xarici işlər naziri Annalena Berbok “ZDF” kanalına açıqlamasında deyib.
Berbokun sözlərinə görə, şəkil anidən çəkilib və o, kanslerin ona uzanan əlini görməyib.
Bundan başqa, Berbok həmin an heç yerə getmədiyini bildirib:
“Baxmayaraq ki, fotoda göründüyü kimi, arxamda nə baş verdiyini hiss etməmişəm, amma buradan belə çıxır ki, guya mən əl sıxmıram. Lakin arxanı görməmişəm. Hər bir insan kimi mənim də başımın arxasında gözüm yoxdur”.
Xatırladaq ki, sosial şəbəkələrdə və mediada Almaniyanın xarici işlər nazirinin Ukraynaya 3 milyard avroluq yardım paketini əngəllədiyi üçün Şoltsla birgə şəkil çəkdirməkdən imtina etdiyi iddia edilib.
Zaira Akifqızı
Globalinfo.az