“Bəlkə 50 yaşa çatmadım…” – VİDEO

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 

Globalinfo.az bildirir ki, Qənirə Paşayevanın özü də sağlığında sabaha ümid olmadığını deyirdi:

“Hamımız bilmirik 10 gün sonra nə olacaq. 10 gün sonra bəlkə də hər hansı birimiz bu həyatda olmayacağıq. Bəlkə bir il sonra… Biz bu dünyadan gedəndə nə aparacağıq? Hər şeyi burada qoyub gedəcəyik. Ən sevdiklərimiz belə bizi torpağa tapşırıb geri dönəcək. Onlar da bizi tərk edəcək. Bizdə nə qalacaq? Bir şey – bir il, iki il, üç il sonra kimsə xatırlayanda, deyəcək, adam kimi adam idi. Allahın mənə nə qədər ömür verdiyini bilmirəm. Bəlkə 50 yaşa çatmadım. Sufilərin o düşüncəsini qəbul etmiş insanam. Mənim üçün bu gün və bu an var. Mən onun dəyərini bilərək yaşamaq istəyirəm. Çünki bilmədiyim şey mənim deyil”.