tahir

WUF13-ün Bakıda keçirilməsi böyük tarixi hadisədir”.

Bunu Globalinfo.az-a Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, bu forum COP29-dan sonra Azərbaycanda təşkil olunan ikinci mühüm beynəlxalq tədbirdir:

“Şübhəsiz ki, forum Azərbaycanın beynəlxalq nüfuzu, inkişafı, eləcə də ölkə rəhbərliyinin sülh, demokratiya və insan azadlıqları istiqamətində həyata keçirdiyi siyasətin nəticəsidir. Prezident İlham Əliyev də dünənki çıxışında vurğuladı ki, Azərbaycan dünya ölkələri ilə əməkdaşlığa böyük önəm verir, insanların rifahını və firavanlığını əsas prioritet hesab edir. Dövlət başçısı ölkədə aparılan inkişaf proseslərindən, şəhərsalma layihələrindən və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərdən danışdı və qeyd etdi ki, Azərbaycan bundan sonra da dünyaya öz töhfəsini verməyə davam edəcək. İnsanların azadlığına, rifahına və daha yaxşı şəraitdə yaşamasına xidmət edən məsələlər ölkənin əsas gündəm istiqamətlərindəndir”.

Deputat əlavə edib ki, forumda dünyanın 182 ölkəsindən 45 min iştirakçının yer alması xüsusi əhəmiyyət daşıyır:

“Bu, ilk növbədə Azərbaycanın dünyada daha geniş tanıdılması deməkdir. Belə beynəlxalq tədbirlər ölkənin nüfuzunun möhkəmlənməsinə və həyata keçirilən siyasətin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Dünən iştirakçıların çıxışlarında da Azərbaycanın iqtisadi inkişafına, həyata keçirilən islahatlara və ölkədəki sabitliyə yüksək qiymət verildiyi açıq şəkildə hiss olunurdu. Bu gün hər bir Azərbaycan vətəndaşı belə möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi ilə qürur duyur. Çünki bu cür beynəlxalq forumlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsi və ölkənin dünya gündəmində aktuallığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: