WhatsApp Image 2022 11 25 at 21.02.26

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev noyabrın 25-də Globalinfo.az saytının redaksiyasını ziyarət edib. Deputat yeni fəaliyyətə başlamış saytın işi ilə tanış olub, baş redaktor Azər Ayxanla, kollektiv üzvləri ilə fikir mübadiləsi aparıb.

Razi Nurullayev saytın işinə xeyir-dua verib, kollektivə uğur arzulayıb. Globalinfo-nun ən çox oxunan saytlar sırasında yer alacağına inandığını bildirib. Deyib ki, Globalinfo.az-ın kollektivi qısa müddətdə ortaya yaxşı iş qoya bilib. Millət vəkili vurğulayıb ki, bu cür davam edərsə, sayt yaxın vaxtlarda ölkənin sayılıb-seçilən media subyektləri sırasında yer tutacaq.

Razi Nurullayev Globalinfo.az saytına geniş müsahibə verib. Yaxın günlərdə millət vəkilinin müsahibəsini oxuculara təqdim edəcəyik.

Zaira Akifqızı

Globalinfo.az

WhatsApp Image 2022 11 25 at 21.02.36 WhatsApp Image 2022 11 25 at 21.02.37

 

Paylaş: