Belçikadakı səfirimiz ermənilərin mümkün hücumu ilə bağlı xəbərdarlıq etdi

Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov ermənilərin səfirliyə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib.

Globalinfo.az bildirir ki, bu barədə səfir tviter səhifəsində yazıb.

“Bu gün Brüsseldəki erməni diasporunun radikalları Avropa Parlamenti qarşısında keçirilən mitinqdən sonra Azərbaycan səfirliyinə hücum etməyə hazırlaşırlar”, – o vurğulayıb.