Belçikanın Təhsil və Elm Nazirliyi ölkədəki bütün 17 yaşlı gəncləri hərbi xidmətə dəvət edib.
Globalinfo.az xəbər verir ki, Bu barədə nazirliyin rəhbəri Teo Franken X sosial media platformasında məlumat verib.
Franken bildirib ki, gənclər hərbi xidmətə, xüsusən də könüllü hərbi il proqramına qoşulmağa təşviq olunurlar:
“Ölkədə 17 yaşlı bütün gənclər ümumilikdə və xüsusən də könüllü hərbi ilində hərbi xidmətə maraq göstərməyə təşviq olunurlar”.
Qeyd edək ki, 2025-ci ildə Belçikada müqaviləli xidmətə əlavə olaraq könüllü hərbi xidmət sistemi yenidən tətbiq edilib.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin məcburi hərbi xidmətə qarşı çıxış etmişdi.
Tahir Turan