Globalinfo.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
“Biz dəfələrlə xəbərdar etmişik. Hörmətli belaruslular, hazırda Rusiyaya, xüsusən də sərhədyanı vilayətlərə səfər etməkdən çəkinin. Həmin ərazilərdə demək olar ki, hər gün pilotsuz uçuş aparatları düşür, xoşagəlməz hadisələr baş verir. Sərhədləri bağlamamışıq, səfər edib-etməmək hər kəsin şəxsi seçimidir. Söhbət təşkil olunmuş ekskursiyalardan, məktəb və ya idman kollektivlərinin, yaxud hansısa nazirlik və ya qurumun təşkil etdiyi səfərlərdən getmir. Bunlar tamamilə şəxsi səfərlərdir. Məsələn, bəzi vətəndaşlarımız Qara dəniz sahilində yerləşən Anapaya istirahətə getmək qərarına gəlirlər. Bu, yaxşı niyyətdir, lakin ora gedərkən onlar özlərini ciddi təhlükə ilə üz-üzə qoyurlar. Hazırkı şəraitdə heç bir turizm şirkəti onların təhlükəsizliyinə zəmanət verə bilməz.”
Volfoviç əlavə edib ki, Belarusun özündə də istirahət üçün kifayət qədər gözəl məkanlar var:
“Ölkəmizdə çoxlu göllər, çaylar, meşələr və gözəl təbiət guşələri mövcuddur. Ailə ilə çadır quraraq mədəni şəkildə istirahət etmək, təbiətin gözəlliyindən zövq almaq mümkündür. Belarusun ərazisində istirahət üçün başqa imkanlar da var. Hörmətli həmvətənlər, belə səfərlərdən çəkinin. Siz həm özünüzü, həm də yaxınlarınızı təhlükə altına atırsınız. Xüsusi hərbi əməliyyat başa çatana qədər bu cür səfərlərin təhlükəsizliyinə heç kim zəmanət verə bilməz. Düşünülmüş qərar qəbul edin”, – Volfoviç vurğulayıb.
Əliyar Xəlil