“Belarusda qadın prezident” sualına Lukaşenkodan CAVAB

lukasenko 1

Prezident Aleksandr Lukaşenko jurnalistlərin Belarusda qadının dövlət başçısı ola biləcəyi ilə bağlı sualını cavablandırıb.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, prezident belə bir hadisənin baş verməməsini arzulayıb.

“Allah eləməsin, Belarusda qadın prezident seçilsin”, – Lukaşenko deyib.

O, nümunə kəmi ABŞ prezidenti ilə Belarus prezidentinin fərqli səlahiyyətlətə malik olduğunu xatırladıb:

“Belarusda prezident həm də ali baş komandandır. Və sonra bu, ən çətin işdir. Qadını belə yükləməyə ehtiyac yoxdur”.

Aleksandr Lukaşenko daha sonra qeyd edib:

“Mən qadınlara heyranam, onların rolunu heç də aşağılamıram. Amma onlar bizə yaxın olmalıdırlar”.