1200 64f1b90682682c6f51d88f53

Belarus tarixində ilk dəfə olaraq yapon casusunu tutduğunu bəyan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat “ATN” Teleqram kanalında yerləşdirilib.

İddia olunur ki, Belarusdakı ictimai-siyasi vəziyyət, eləcə də Çinin “Bir kəmər, bir yol” layihəsi haqqında məlumat toplamağa çalışan yaponiyalı agent tutulub.

Xarici casusun Belarus-Ukrayna sərhədində baş verənlərlə, həmçinin hərbi infrastrukturla bağlı çəkilişlər apardığı məlum olub.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: