WhatsApp Image 2024 01 19 at 17.20.57

Belarus Ukrayna ilə sərhəddə qoşun toplayır.

Globalinfo.az xəbər verir ki, məlumatı “Assoşeyted Press” agentliyi yayıb.

Bildirilib ki, Belarus sərhədə hava hücumundan müdafiə (HHM) qüvvələrini və təyyarələrini yığır.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bundan öncə Ukraynanı Kurskdakı əməliyyatları dayandırmağa çağırmışdı. O,, Rusiyanın nüvə silahı tətbiq edəcəyini, bunun isə Ukraynanın ürəyincə olacağını söyləmişdi.

Bundan sonra Belarus sərhədə hərbi qüvvələrinin üçdə birini yerləşdirməyə başladığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: