CHP məşhur aktyorun namizədliyini irəli sürdü

Türkiyənin Cümhuriyyət Xalq Partiyası Ankaranın Etimesqut bələdiyyəsinin rəhbəri vəzifəsinə məşhur “Behzat Ç” serialının baş rol aktyoru Erdal Beşikçioğlunun namizədliyi irəli sürüb. 

Globalinfo.az xəbər verir ki, aktyorun namizədliyini partiya sədri Özgür Özelin təklif etdiyi bildirilir.

Lakin Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın bu qərara kəskin şəkildə qarşı çıxdığı deyilir.

İddialara görə, partiya iclasında sözügedən təkliflə bağlı ciddi mübahisə yaranıb.

Əliyar Xəlil
Globalinfo.az