İraqın Bəhreyndəki səfirliyi Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az Bəhreyn Xəbər Agentliyinə istinadla xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyi İraq ərazisindən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı həyata keçirilən “zərərli dron hücumlarını” kəskin şəkildə pisləyib.
İkitərəfli əlaqələr üzrə baş direktor Şeyx Abdullah bin Əli Al Xəlifə İraq diplomatı Əhməd İsmayıl al-Karaviyə rəsmi etiraz notası təqdim edib.
O vurğulayıb ki, İraq bu təhdid və hücumlara regional və beynəlxalq hüquqa uyğun şəkildə təcili və məsuliyyətli şəkildə cavab verməlidir.
Bəyanatda həmçinin qeyd olunub ki, Bəhreyn sabitliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün “bütün zəruri tədbirləri görmək hüququnu” özündə saxlayır.