BƏƏ dəhşət xəbərdarlığı: “Daha çox insan öləcək”

 

Birləşmiş Ərəb Əmirlikləri İsrailin Rafah şəhərinə planlaşdırılan quru hücumlarının nəticələri ilə bağlı beynəlxalq ictimaiyyətə xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi yazılı açıqlama paylaşıb.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri İsrailin Qəzzanın cənubundakı Rafah şəhərinə hücum planından və bunun humanitar fəsadlarından dərin narahatlıq keçirir.

Açıqlamada qeyd olunub ki, Rafaha qarşı hücum daha çox mülki vətəndaşın ölümünə səbəb olacaq və Qəzzada humanitar fəlakəti daha da ağırlaşdıracaq.

Bəyanatda Fələstin ərazilərində vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətdən yardım istənilib. Həmçinin qeyd olunub ki, BƏƏ müstəqil Fələstin dövlətinin yaradılmasını və iki dövlətli həll prinsipi üçün danışıqların bərpasını dəstəkləyir.

Əliyar Xəlil
Globalinfo.az