dubay 1

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranın hücumları dayandırması müqabilində Tehrana 10-20 milyard dollar arasında vəsait ayırmağa razılaşdığı, ilk 3 milyard dolların isə artıq İrana köçürüldüyü iddia edilir.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” dörd mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, söhbət həm BƏƏ-nin öz vəsaitlərindən, həm də uzun müddətdir Əmirliklərin bank sistemində dondurulmuş İran aktivlərindən gedə bilər.

İddialara əsasən, razılaşmanın əsas şərti İranın BƏƏ ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumları dayandırmasıdır. Bunun qarşılığında tərəflərin ikitərəfli əməkdaşlığı, o cümlədən kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi əlaqələri bərpa etməsi nəzərdə tutulur.

“Reuters”ə danışan mənbələrdən biri bildirib ki, vəsaitin ayrılması qarşılığında İran BƏƏ-yə qarşı raket və dron hücumlarını dayandıracaq, iki ölkə arasında kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi əməkdaşlıq da daxil olmaqla ikitərəfli əlaqələr bərpa olunacaq.

Bununla yanaşı, BƏƏ rəsmiləri gərginliyin azaldılmasında maraqlı olduqlarını təsdiqləyiblər. Rəsmi Əbu-Dabi xarici siyasətinin əsas məqsədlərindən birinin gərginliyin azaldılması və sülhün təşviqi olduğunu bildirib.

Lakin “Reuters”in məlumatından sonra BƏƏ Xarici İşlər Nazirliyi xəbəri rəsmi şəkildə təkzib edib.

Nazirlik İranla bağlı belə bir maliyyə razılaşmasının əldə olunması barədə məlumatları “tamamilə yalan və əsassız” adlandırıb.

Buna baxmayaraq, “Reuters”in mənbələri verdikləri məlumatların doğru olduğunu bildirirlər.

Agentliyin məlumatına görə, Tehran oxşar razılaşma təklifini ən azı daha iki Fars körfəzi ölkəsinə də çatdırıb.

“Reuters”in əlavə mənbələrinə görə, BƏƏ İrana bir neçə milyard dollar həcmində dondurulmuş aktivləri açaraq köçürmə edib. Həmçinin 283 milyon dollar dəyərində 2 ton qızılın da İrana göndərildiyi iddia olunur.

Məlumata əsasən, bu addımlar Tehranın mümkün hücumlarından qorunmaq məqsədi daşıyıb.

İddia olunan qiymətli yükün BƏƏ-də yerləşən RoyalJetaviaşirkətinə məxsus “Boeing 737-7KK” təyyarəsi ilə İrana çatdırıldığı bildirilir. Təyyarənin qeydiyyat nömrəsi A6-RJA olub.

Paylaş: