Erməni bloger Mikael Badalyan və “Sputnik Ermənistan”ın köşə yazarı Aşot Gevorkyan ötən gecə Gorus şəhərində saxlanılıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Onlar hazırda İstintaq Komitəsindədirlər”, – bildirilib.
Onlar odlu silahın, onun əsas komponentlərinin, döyüş sursatı və digər materialların, cihazların, əşyaların qanunsuz dövriyyəsi (Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 2-ci bəndi) maddəsi ilə ittiham olunurlar.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni bloger Mikael Badalyan və “Sputnik Ermənistan”ın icmalçısı Aşot Gevorkyanın həbs edilməsi barədə məlumat yayıb.
Qeyd edək ki, M.Badalyan Azərbaycana qarşı radikal mövqeyi ilə tanınır.