fotooo 6

İsrail və İran arasında baş verən hərbi gərginlik təkcə siyasi gündəmi deyil, həm də maliyyə bazarlarını sarsıdıb. Münaqişənin genişlənməsi ehtimalı insanları təhlükəsiz aktivlərə yönəldib. Qısamüddətli dövrdə qızıl və neftdən gəlir əldə edənlər olsa da, kriptovalyuta və regiona bağlı səhmlərə sərmayə qoyanların bir hissəsi əhəmiyyətli zərərlə üzləşib.

Hərbi risklərin artdığı belə dövrlərdə hansı yatırım alətləri daha rasional hesab olunur? Bu dəfə kimlər uduzdu, kimlər qazanc əldə etdi?

Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, belə münaqişələr zamanı investorlar ənənəvi olaraq qızıla üstünlük verirlər:

“Neftin qiymətindəki artım və digər oxşar dəyişikliklər qısamüddətli gəlir əldə etmək üçün müəyyən imkanlar yaradır. Münaqişə dövründə ölkələr uzunmüddətli təhlükəsizlik məqsədilə qızıl ehtiyatlarını artırmağa çalışırlar. İnvestorlar isə adətən passiv mövqe tutur və vəziyyətin inkişafını gözləyirlər. Həmçinin enerji daşıyıcılarının qiymətində artım müşahidə olunur və bu da həmin sahədə fəaliyyət göstərən şirkətlərə, dövlətlərə əlavə gəlir gətirir. Bu təsiri İsrail–İran münaqişəsi fonunda da gördük”.

perviz

Pərviz Heydərov

İqtisadçı xatırladıb ki, gərginlik dönəmində Azərbaycan neftinin qiyməti bir müddət 80 dolları keçdi:

“Lakin bu, davamlı olmadı və son məlumatlara görə, qiymətlər yenidən enib. Belə münaqişələrdə vəziyyət çox dəyişkən olur, ona görə də hansı sahəyə yatırım etməyin daha məqsədəuyğun olduğunu dəqiq demək çətindir”.

Ləman Hüseynzadə
Globalinfo.az 

Paylaş: