“Bayraqdar” PUA-ları Avropa ölkəsinə göndərildi

Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının (PUA) partiyası Albaniyaya göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Niko Peleşi məlumat verib.

O bildirib ki, effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraqdar” PUA-ları artıq Albaniyadadır:

“İki gündür montaj və paralel olaraq onların istismarı, nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması işləri aparılır. Bu, silahlı qüvvələrimizdə modernləşmə və innovasiyalara sadiqliyin rəmzidir”.