“Bayraqdar Akıncı C” ilk uçuş sınağını başa vurdu

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını uğurla başa vurub.

Globalinfo.az TRT-yə istinadən xəbər verir ki, həyata keçirilən sınaq fəaliyyətində “Bayraktar AKINCI C” 1 saatdan çox havada qalıb.

Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb.