Bayramdan sonra dərslər nə vaxt başlayacaq?

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.

Globalinfo.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat verib.

Qeyd edilib ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.