Bayram Səfərov qızı ilə bağlı yayılan xəbərdən danışdı

 

“Qızım haqqında yayılan xəbərlər hər halda yalan olar”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qızı Gülnar Qurbanovanın Yeni Yasamalın Ə.Əhmədov küçəsində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə dövlət vəsaiti hesabına tikilən idman kompleksini icarəyə verməsi xəbəri ilə bağlı danışarkən deyib.

“Mənim bununla bağlı heç bir fikrim yoxdur. Məktəblərə Regional Təhsil İdarələri nəzarət edir. Qızım haqqında yazılanların hamısı yalandır”.

Qeyd edək ki, Qaynarinfo.az saytı məktəbin direktoru G.Qurbanovanın şagirdlər və kollektivi üçün tikilən idman kompleksini özəlləşdirilərək, adı açıqlanmayan fərdi sahibkara icarəyə verdiyini yazıb.

Zaira Akifqızı
Globalinfo.az