Bayram günlərində uşaqları bu məkanlardan uzaq tutun – Nazirlik

Bayram günlərində uşaqları kütləvi və qapalı məkanlardan uzaq tutmaq lazımdır.

Globalinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva qızılca ilə bağlı danışarkən deyib.

O bildirib ki, qızılcaya yoluxan bir nəfər ətrafında olan 10-12 nəfəri yoluxdura bilər.

“Uşaqlar arasında qızılcaya yoluxma halları artıb. Ona görə də çağırış edirəm ki, valideynlər övladlarını vaxtında qızılca əleyhinə peyvənd vurdurmağa gətirsinlər”, – mərkəz rəsmisi əlavə edib.