su krani 1

Ramazan və Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində əhalinin içməli su təchizatında fasilələrin yaranmaması üçün bütün zəruri tədbirlər görüləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Su Təchizatı QSC-dən bildirilib.

Məlumata görə, qarşıdan gələn bayram günləri ilə əlaqədar qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təşkil olunacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.

Paylaş: