Bayraktardan səfirliyə hücumla bağlı paylaşım

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycanın Tehrandaki səfirliyinə edilən hücumla əlaqədar başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Bayraktar tviter hesabında paylaşım edib.

“Şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Xalqımıza başsağlığı verirəm”, – deyə o bildirib.