surusme

Bayıldakı sürüşmə zonasında fundamental işlər aparmaq lazımdır.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, hazırda əhali oradan köçürüldüyü üçün ciddi təhlükə yoxdur.

    Qurban Yetirmişli qeyd edib ki, Bibiheybət və Badamdarda bərkitmə işlərinin aparılması üçün təkliflər verilib: “Bina tikintisində təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir. Tikinti elə aparılmalıdır ki, gələcəkdə seysmik risk minimuma düşsün, güclü dağıntılar və insan tələfatı olmasın”.

    Paylaş: