Baydenin xüsusi nümayəndəsi Azərbaycandadır

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Azərbaycanda səfərdədir.

Globalinfo.az xəbər verir ki, bu haqda ABŞ-nin Azərbaycandakı səfirliyi  məlumat yayıb.

Bildirilib ki, o, noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-nin dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.

Azərbaycana səfər zamanı Syu Biniaz, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.