ABŞ-ın keçmiş prezidenti Co Bayden metastatik xərçəngdən müalicə alır, lakin onun vəziyyəti xeyli pisləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.
2025-ci ilin oktyabr ayında Baydenin prostat xərçəngi müalicəsinin bir hissəsi olaraq radiasiya və hormon terapiyası aldığı ortaya çıxıb. Nəşr yazır ki, o, AĞ Evdən ayrıldıqdan sonrakı müddətdə qohumları, dostları və köməkçiləri ilə az ünsiyyət qurur.
Məlumata görə, müalicəsi intenstiv şəkildə davam etdirilsə də, xəstəlik onu xeyli zəiflədib.
Əliyar Xəlil
Globalinfo.az